Ərdoğan Şarl Mişellə görüşdü, Borrellə tapşırıq verildi – YENİLƏNİB

Prezident Ərdoğanla yaxşı görüş oldu. Münasibətlərimizi yeniləmək və onları gündəmə gətirmək imkanlarını müzakirə etdik. Avropa Şurası Avropa diplomatiyasının rəhbərinə və Avropa Komissiyasına bir hesabat (Aİ-nin Türkiyə ilə münasibətlərinə dair – red.) hazırlamağı tapşırıb.

Globalinfo.az xəbər verir ki, bu sözləri Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel Vilnüsdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün nəticələri haqda qeyd edib.

Qeyd edək ki, Ərdoğan Ankaranın İsveçin NATO-ya daxil olmasına yaşıl işıq yandırması üçün NATO ölkələrinin Türkiyənin AB-yə yolunu açmağa çağırıb.

***21:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişellə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş Vilnüsdə keçiriləcək NATO Liderləri Zirvə Toplantısı çərçivəsində baş tutub.

Qeyd edək ki, NATO sammiti iyulun 11-12 tarixlərində keçiriləcək.