Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah NATO Baş katibi Mark Rütte ilə görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət müzakirə ediləcək.
Tərəflər həmçinin NATO müttəfiqləri arasında müdafiə satınalmalarına maneələrin aradan qaldırılması haqda da fikir mübadiləsi aparacaqlar.