Ərdoğan Qaribaşvilini qəbul etdi: Qapalı keçirilən görüşdə nə müzakirə olunub?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib. 

Globalinfo.az xəbər verir ki, liderlərin görüşü mətbuata qapalı keçirilib.

Məlumata görə, Ərdoğan Gürcüstanın baş naziri Qaribaşvili ilə görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə işə salınmasının gözlənildiyini bildirib və Orta Dəhlizin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, R.T.Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edib.

Əliyar Xəlil
Globalinfo.az