Ərdoğan: “Qardaşım İlham Əliyevə “Togg” təqdim olunub, xeyirli olsun”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ilk yerli elektromobili “Togg”un Azərbaycan Preziden İlham Əliyevə təqdim olunması ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Qardaşım İlham Əliyev də Türkiyənin qüruru “Togg”u alıb. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi qismət etsin, qardaşım”.