Ərdoğan Paşinyanla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, söhbət zamanı Ermənistan-Türkiyə münasibətləri və regional məsələlər müzakirə edilib.

Ərdoğan və Paşinyan regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcəyini vurğulayıblar. Onlar bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini də qeyd ediblər.