
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində təşkil edilən Novruz proqramında çıxış edir.
Globalinfo.az xəbər verir ki, Ərdoğan çıxışında 21 mart tarixinin bayram elan edilməsini təklif edib.
“21 mart bahar və qardaşlıq bayramı olsun”, o deyib.
***17:00
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AK Partiya Türk Dövlətləri ilə Əlaqələr İdarəsi tərəfindən Haliç Konqres Mərkəzində Novruz proqramı təşkil edilib.
Globalinfo.az xəbər verir ki, proqram çərçivəsində Prezident Ərdoğan Novruz tonqalını alovlandırıb. Ərdoğanın Haliç Konqres Mərkəzində çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyənin Diyarbakır vilayətində də Novruz tədbirləri təşkil edilib.
Gülnar Səlimova
Globalinfo.az