Ərdoğan nazirlərlə basketbol oynadı – VİDEO

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin digər rəsmi şəxslərilə birlikdə öz igamətgahının idman kompleksində basketbol oynayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının deputatı Mustafa Varank paylaşım edib.

Oyunda gənclər və idman naziri Osman Aşkın Bak, əmək və sosial müdafiə naziri Vedat İşıkhan, MİT sədri İbrahim Kalın, Prezident Aparatının Kommunikasiyalar idarəsinin direktoru Fahrettin Altun, millət vəkili Mövlud Çavuşoğlu və digər şəxslər iştirak ediblər.