Ərdoğan Narinlə bağlı istintaqı yaxından izləyir – Nazir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Narin Güranla bağlı istintaqı izləyir.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında yazıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı istintaqın ciddi şəkildə davam etməsi, hadisənin tam aydınlaşdırılması və Narin qızımızın canına qəsd edənlərin ədalət qarşısında cavab verməsi üçün məsələni yaxından izləyir”, – o bildirib.

Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti Tavşantəpə kəndi ərazisində tapılıb