Ərdoğan: “Mövzu Türkiyə olanda beynəlxalq təşkilatlar susurlar”

“Müzakirə mövzusu Türkiyə olanda beynəlxalq təşkilatlardan da, siyasətçilər dən də səs çıxmır. Dünyadakı insan hüquqları təşkilatları haradadır?!”

Globalinfo.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qadınların canına qəsd edən, gənc qızlarımızı aldadıb dağlarda ölümə, təcavüzə, edama aparan terror təşkilatını görməzdən gələ bilmərik. Beynəlxalq təşkilatlar yalandan “timsah göz yaşları”ı tökdülər. Yalnız dost və qardaş ölkələr bizim kədərimizi bölüşdülər, bu tənqidlərim onlara aid deyil”, – R.T.Ərdoğan bildirib.

Aqşin
Globalinfo.az