Ərdoğan Makronla danışdı: Qəbuledilməzdir!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla əlaqə saxlayıb. 

Globalinfo.az xəbər verir ki, telefon danışığı zamanı əsasən İsrail və Fələstin arasındakı son vəziyyət müzakirə edilib.

Liderlər bölgədəki mövcud humanitar vəziyyəti və sabitliyin yaradılması üçün mümkün imkanları nəzərdən keçiriblər.

Prezident Ərdoğan Qəzzada mülki şəxslərə qarşı insan haqlarının pozulmasının qəbuledilməz olduğunu, Türkiyənin onlara yardım etmək üçün səy göstərdiyini, xüsusilə Qərb ölkələrinin gərginliyi azaltmaq baxımdan addımlar atmalı olduğunu qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az