Ərdoğan İsveçlə bağlı protokolu təsdiqlədi

 

Ərdoğan İsveçin NATO-ya üzvülüyü ilə bağlı protokolu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyasını təsdiq edən qanun “Resmi Gazete”də dərc olunub.

Xatırladaq ki, ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleyk bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdikdən sonra ABŞ Dövlət Departamenti Türkiyəyə “F-16″ların satışı və mövcud təyyarə arsenalının modernləşdirilməsi tələbi ilə Konqresə rəsmi müraciət edəcək.

Əliyar Xəlil,

Globalinfo.az