Ərdoğan İstanbulu tərk edir

Türkiyədə keçirilən prezident və parlament seçkilərini İstanbuldakı evindən izləyən Prezident Rəcəb Tayyib Ərdoğanın buranı tərk etmək üzrə olduğu bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hazırda Prezidentin evinin qarşısındakı canlı yayımdan verilən görüntülərdə izdiham müşahidə olunur. Kadrlardan R.T.Ərdoğanın evi tərk edib xidməti maşınına əyləşərək oradan uzaqlaşdığı görünür. Prezidentin Ankara getmək üçün havalimanına yollandığı qeyd edilir.

Qeyd edək ki, prezident seçkilərinin son nəticələri hələlik bəlli deyil. Əlavə məlumat veriləcək.

Ayşən Mustafa
Globalinfo.az