Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşüb.
Globalinfo.az xəbər verir ki, İstanbuldakı Dolmabahçe Ofisində baş tutmuş görüş mətbuata qapalı keçirilib.
Görüşdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Şimali Kiprin Baş naziri Ünal Üstel də iştirak edib.