Ərdoğan Ermənistana gedir? – Paşinyan tarix verdi

509439446 1128693122627447 7679961161565014474 n 1750491801570 1540x

“Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün ölkəmizə dəvət etməyi düşünürəm”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün İstanbulda Türkiyə erməniləri ilə görüşündə deyib.

O, Ərdoğanın səfəri təklifini qəbul edəcəyinə ümid etdiyini bildirib:

“Həmçinin Türkiyə ermənilərinin də ölkəmizə səfərlərinin artmasını arzulayıram. Bilirəm ki,  çoxunuz Ermənistana vaxtaşırı səfər edirsiniz, lakin sizi Ermənistanda daha sıx görmək xoş olar. Xüsusən də nəzərə alaq ki, İstanbul-İrəvan reysi fəaliyyət göstərir. Ümid edirəm ki, quru sərhədi də tezliklə açılacaq”.

Ayşən Mustafa
Globalinfo.az