“Ərdoğan dostumdur, qələbəyə layiqdir” – Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, Tramp sosial media hesabından Ərdoğana təbrik ünvanlayıb:

“Mən Ərdoğanı böyük və layiqli qələbəsi münasibətilə təbrik edirəm. Onu yaxşı tanıyıram, o, mənim dostumdur, ölkəsini və xalqını nə qədər çox sevdiyini şəxsən bilirəm”.

Ayşən Mustafa
Globalinfo.az