Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özələ zəng edib.
Globalinfo.az xəbər verir ki, Türkiyə lideri danışıq zamanı elektrik cərəyanı vuran Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyrekə şəfa diləyib.
Qeyd edək ki, Ferdi Zeyrək Keçiliköy məhəlləsindəki evinin bağçasında hovuzun aparat otağında nasazlığı yoxlamaq istəyərkən elektrik cərəyanı vurub. O, xəstəxanaya yerləşdirilib. 48 yaşlı bələdiyyə sədrinin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik olaraq qalır.