
“Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq qələbəsidir”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Malazgirt, Çaldıran döyüşləri, İstanbulun fəthi türk, kürd və ərəbin ümumi zəfəridir. Biz bu coğrafiyada müttəfiq olanda böyüdük, gücləndik, dünyaya hökm etdik. Ancaq birliyimiz dağılanda zəiflədik, gerilədik. Türk, kürd və ərəblər birlikdə hərəkət edərlərsə, böyük güc olarlar” , – deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Çaldıran döyüşü 1514-cü ildə Səfəvilər dövləti ilə Osmanlı arasında baş verib. Döyüş Osmanlının qələbəsi ilə başa çatıb.