Ərdoğan Baydenlə müzakirə apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonda danışıb.

Globalinfo.az APA-a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı İsrailin Qəzzaya hücumları, İsveçin NATO üzvlüyü, F-16 məsələsi və ikitərəfli əlaqələr müzakirə edilib.

Prezident Ərdoğan Qəzzada humanitar fəlakətin dayandırılması zəruri olduğunu və ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini geri çəkməsinin tezliklə atəşkəsi təmin edə biləcəyini vurğulayıb. Bundan əlavə, Türkiyə Prezidenti Baydenlə danışığı zamanı bölgədə daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu bildirib.

Qeyd edək ki, telefon danışığı ABŞ liderinin təşəbbüsü ilə baş tutub.