Ərdoğan Baydenlə danışdı: “Bu məsələdə dəstək istəyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışı olub. 

Globalinfo.az xəbər verir ki, Türkiyə Prezidenti F-16 məsələsinin İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirilməsinin doğru olmadığını bildirib, daha sonra bu məsələdə dəstəyinbə görə ABŞ Prezidentinə təşəkkür edib.

Tərəflər Vilnüs sammitində üz-üzə görüşərək iki ölkə arasındakı əlaqələr və regional məsələləri müzakirə etməyi qərarlaşdırıblar. Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avtopa Birliyinə tam üzvlüyü prosesini aktivləşdirmək istədiklərini, Vilnüs sammitində Avropa Birliyinə daxil olan ölkələrin və rəhbərliyin bu mövzuda Türkiyəyə dəstək istəyib.

Ayşən Mustafa
Globalinfo.az