68f3a8b782d7b68f3a8b782d7c17607989030a0e86d3bf97934ecdc0661ef3fd3e1b

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.

“Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu qürur günündə dəyərli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram”, – paylaşımda qeyd olunub.

Paylaş: