Türkiyə İndoneziyaya KAAN qırıcıları ixrac edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
O, ilkin mərhələdə 48 ədad qırıcının İndoneziyaya göndəriləcəyini bildirib:
“Dost və qardaş İndoneziya ilə imzalanan razılaşmaya əsasən Türkiyədə istehsal olunacaq 48 ədəd KAAN bu ölkəyə ixrac ediləcək. KAAN-ın istehsalında İndoneziyanın sahib olduğu yerli imkanlardan da faydalanacağıq. Bu razılaşmanın hər iki ölkə üçün xeyirli olmasını diləyirəm”.
Əliyar Xəlil
Globalinfo.az