Paşinyanın yerinə müxalifət olsaydı, bunları istəyəcəkdi – Tələblər

Ermənistan parlamenti müxalifətin “Hayastan” fraksiyasının Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası ilə bağlı təqdim etdiyi layihənin sessiyanın gündəliyinə daxil edilməsini rədd edib.

Globalinfo.az xəbr verir ki, hökumət layihənin Milli Məclisə təqdim edilməsinin əleyhinə səs verib.

Hakim fraksiyanın deputatı, Artur Ovannisyan bəyannamənin mətnin Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün mövcud proseslər çərçivəsində yenilik təklif etmədiyini bidirib.

Müxalifətin təqdim etdiyi qalmaqallı bəyannamədə delimitasiya və demarkasiya prosesinə dair bir sıra tələblər irəli sürülüb:

– Bakı və İrəvan arasında etimad mühiti yaradıldıqdan sonra demarkasiya aparılsın;

– Azərbaycan hərbçiləri Ermənistanla sərhəddən geri çəkilsin;

– Azərbaycanda saxlanılan “hərbi əsirlər” (keçmiş qondarma rejimin terrorçu “rəhbərləri” – red.) azad edilsin;

– Delimitasiya və demarkasiyanın başlanğıc nöqtəsi Azərbaycanın 1993-cü ilin sentyabrında MDB-yə daxil olduğu zaman xəritələrdə qeyd edilən sərhədlərə əsaslansın.

Ayşən Mustafa
Globalinfo.az