israil ordu 13

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə ordusunun Livanın cənubunda Litani çayını keçdiyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kanal11” məlumat yayıb. Qeyd olunub ki, Netanyahu sərhəd bölgəsində hərbçilərlə görüşü zamanı İsrail qüvvələrinin strateji əhəmiyyət daşıyan yüksəkliklərə doğru irəlilədiyini bildirib.

“Ordumuz Litani çayını keçib və vacib yüksəkliklər üzərində nəzarəti gücləndirir”, – deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, İsrail ordusu hazırda Beyrut, Bəkaa vadisi və digər cəbhə istiqamətlərində hərbi əməliyyatları davam etdirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: