Ərazi bütövlüyümüzü təmin etmək üçün hərəkətə keçmişik – Simonyan

“Ermənistanın xarici siyasət kursunun dəyişməsi gündəmdə deyil, o, təhlükəsizlik problemini həll edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin Brüssellə artan əməkdaşlığın Rusiyadan üz çevirmək mənasına gəlib-gəlmədiyinə dair suallarına cavabında deyib.

“Vektor məsələsi mövcud deyil, təhlükəsizlik problemi var. Biz dəfələrlə bunun haqqında danışmışıq. Təhlükəsizliyin və ərazi bütövlüyünün təmini üçün biz bütün təsirli vasitələri hərəkətə keçiririk. Ermənistanı mövcud təhlükəsizlik mexanizmləri qane etmir”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan XİN rəhbərinin Brüsselə səfəri baş tutub. Eyni gündə İrəvana AB-nin xüsusi nümayəndəsi Taivo Klaar gəlib.

Aqşin
Globalinfo.az