eraqci 111 900x581 1

Tehran Səudiyyə Ərəbistanına Yəməndə fəaliyyət göstərən şiə “Ənsar Allah” (husilər) hərəkatı ilə bağlı münaqişənin həllində yardım göstərməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz hər zaman demişik ki, Yəmən məsələsi yalnız danışıqlar yolu ilə həll oluna bilər. Əminik ki, İran və regionun digər ölkələri bu prosesə dəstək verə bilərlər.

Biz konstruktiv rol oynamağa hazır olduğumuzu bəyan etmişik və Səudiyyə Ərəbistanındakı dostlarımız da bu hazırlıqdan xəbərdardır”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: