eraqci

İran müharibənin dayandırılması üçün şərtlərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Ərəbi Əl-Cədid”ə müsahibəsində danışıb.

O bildirib ki, müharibənin dayandırılması Tehrana təhlükəsizlik zəmanətləri və təzminatın ödənilməsindən asılıdır:

“ABŞ və İsrail ilə münaqişəyə son qoymaq üçün hələlik konkret təşəbbüslər yoxdur”.

Əraqçi həmçinin qeyd edib ki, İran heç bir mülki və yaşayış məntəqəsini hədəf almayıb:

“Əgər bizim enerji infrastrukturlarımız hədəfə alınarsa, regiondakı ABŞ şirkətlərinin obyektlərinə hücum edəcəyik”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: