Araqçı Omana səfər etdi

araqci
İranın xarici işlər naziri Abbas Araqçı Omanın paytaxtı Maskata gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Araqçı Hind okeanı hövzəsində yerləşən ölkələrin səkkizinci toplantısında iştirak etmək üçün Maskata yollanıb.

Oman, Hindistan və Sinqapurun birgə təşkil etdiyi Hind Okeanı Nazirlərinin səkkizinci görüşü fevralın 16 və 17-də “Dəniz tərəfdaşlığının yeni üfüqlərinə doğru” adı altında keçiriləcək.

Bu tədbirdə 20 üzv ölkənin yüksək səviyyəli nümayəndələri iştirak edəcək.

Zaira Akifqızı
Globalinfo.az