Xarici işlər naziri Abbas Əraqçi İranda etirazların arxasında İsrail və ABŞ-ın dayandığını deyib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə danışıb.
“ABŞ və İsrail çalışır ki, dinc etirazları iğtişaşa çevirsinlər. Onların bir çox bəyanatında bunu görə bilərsiniz”, – Əraqçi bildirib.
Nazirin sözlərinə görə, İrana hücum edənlər bu dəfə də məğlubiyyətə uğrayacaqlar.