getty images 2203179764 1765188476

İranın xarici işlər naziri Abbas Əraqçi TehranVaşinqton arasında İranın nüvə məsələsi ilə bağlı Omanın vasitəçiliyi ilə aparılan danışıqların fevralın 17-də keçiriləcəyi İsveçrəyə gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu səfər zamanı xarici işlər naziri həmçinin İsveçrənin, Omanın xarici işlər nazirləri, AEBA-nın baş direktoru və İsveçrədə yerləşən beynəlxalq təşkilatların digər rəsmiləri ilə görüşəcək və danışıqlar aparacaq.

Paylaş: