Nazirin sözlərinə görə, İsveçrədə planlaşdırılan görüşdə tərəflər İranın nüvə proqramı ilə bağlı mümkün sazişin ilkin mətn variantını müzakirə edə bilərlər. O qeyd edib ki, hazırda razılaşmanın elementləri və ilkin layihə üzərində iş aparılır:
“Biz danışıqları davam etdiririk. Razılaşmanın elementləri və ilkin mətn üzərində işləyirik. Ümid edirəm ki, Cenevrəyə çatanda bu ilkin mətni müzakirə etməyə hazır olacağıq”.