Araqci

Münaqişə bitdikdən və ABŞ sanksiyaları və dəniz blokadasını aradan qaldırdıqdan sonra Hörmüz boğazından keçən gəmiçilik normal vəziyyətə qayıdacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin “RİA” Novosti agentliyinə verdiyi məlumatda qeyd olunub.

Siyasətçi bu barədə BMT-nin baş katibi Antonio Quterreşə və hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yiyə ünvanladığı məktubda yazıb.

O, bunu ABŞ-ın Hörmüz boğazı ilə bağlı təqdim etdiyi yeni BMT Təhlükəsizlik Şurası qətnaməsi layihəsi ilə əlaqədar səsləndirib.

“Müharibəyə nəhayət son qoyulacağı və İrana qarşı blokada və qanunsuz sanksiyalar aradan qaldırılacağı təqdirdə, normal dəniz nəqliyyatının Hörmüz boğazına qayıdacağını vurğulamağı zəruri hesab edirəm. Amma bütün bunların olması üçün ABŞ İranın təkliflərini nəzərə almalıdır. Bizim konkret tələblərimiz var”, – deyə İran diplomatı aydınlaşdırıb.

Əraqçi vurğulayıb ki, qətnamə layihəsi Vaşinqtonun atəşkəsi pozmasını, xüsusən də ABŞ-ın dəniz blokadasını və İran gəmilərinə hücumu və saxlamasını nəzərə almır.

Tahir Turan
Globalinfo.az

Paylaş: