
İran Atom Enerjisi Təşkilatının rəhbəri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossiyə ünvanladığı məktubda İsrailin Ərakdakı nüvə obyektinə hücumunu beynəlxalq hüququn bir sıra sənədlərinin kobud şəkildə pozulması kimi qiymətləndirib və Agentliyin susqunluğuna sərt reaksiya verib.
Globalinfo.az “Tasnim” agentliyinə istinadla xəbər verir ki, məktubda vurğulanır:
Sionist rejimin Ərakdakı reaktora təcavüzü Cenevrə Konvensiyalarını və əlaqəli protokolları, İran Atom Enerjisi Təşkilatının əsasnaməsini, BMT-nin Radiasiya Təsirləri üzrə Elmi Komitəsinin çərçivə sənədlərini, Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT), İranla Agentlik arasında imzalanmış Əhatəli Qoruyucu Razılaşmanı, İran Atom Enerjisi Təşkilatının İdarə Heyətinin və Baş Konfransının qətnamələrini, agentliyin təhlükəsizlik standartlarını və digər beynəlxalq sənədləri pozur.
İran rəsmisi məktubda agentliyin bu məsələdəki fəaliyyətsizliyini tənqid edərək bildirib:
“Bu səssizlik dərhal dayandırılmalı, sionist rejimin beynəlxalq hüquqa zidd addımları qətiyyətlə pislənilməli və siz əsasnamə üzrə vəzifələrinizi yerinə yetirməlisiniz. İran suveren hüquqlarını qorumaq üçün zəruri tədbirləri görəcək və xüsusilə sizin fəaliyyətsizliyinizlə bağlı hüquqi prosedurları davam etdirəcək”.
Aysel Əliyeva
Globalinfo.az