
Amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı daha bir detal ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Belə ki, aparılan araşdırmaya görə, Epşteyn ABŞ-ın müxtəlif ştatlarında altı anbar kirayələyib və burada öz daşınmaz əmlaklarından, o cümlədən Karib dənizindəki özəl adası “Little Saint Cames”dən gətirilmiş kompüterləri saxlayıb:
“2000-ci illərin ortalarında Epşteynə öz obyektində keçiriləcək təhqiqat barədə məlumat çatıb. Bunun ardından o, kompüterləri gizli anbara köçürmək üçün xüsusi detektivlər işə götürüb. Onlar bu xidmət qarşılığında on minlərlə dollar məbləğində böyük ödəniş alıblar”.
Safura Bənnayeva
Globalinfo.az