Amerikalı milyarder Bill Qeyts rusiyalı sevgilisindən pula görə ayrılıb.
Globalinfo.az xəbər verir ki, bunu maliyyəçi Ceffri Epşteyn iddia edib.
“Daily Mail”qəzetinin məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə yazılıb.
“Epşteyn “Microsoft”un qurucusunun rus məşuqəsini qəpiksiz qoyduğunu yazıb. Belə ki, 2017-ci ildə Ceffri Bill Qeyts Fondunun keçmiş müşaviri Boris Nikoliçə sahibkarın xəsisliyindən şikayətlənən məktub göndərib. Qeyts həmin zaman rusiyalı qadın Mila Antonova ilə münasibətdə olub.
“Dostun Bill dəlidir. Onun sevgilisinin kondisioner almağa pulu çatmır. Dünyanın ən varlı adamı o qədər xəsisdir ki, sevgilisi dostunun divanında yaşayır. Vay!” – deyə Epşteyn qəzəbini ifadə edib”.
Qəzet bildirib ki, Boris Nikoliç Mila Antonovanı 2013-cü ildə Ceffri Epşteynlə tanış edib. Milyarder onun proqramlaşdırma kurslarının pulunu ödəyib. 2017-ci ildə maliyyəçi Qeytsə pulunun geri qaytarılmasını tələb edən elektron poçt göndərib.
Əliyar Xəlil
Globalinfo.az