bu nasil is savcilik epstein in olumunu 19548976 6763 amp 900x600 1

Pedofillik, cinsi istismar və insan alverində ittiham olunaraq həbs edilən, 2019-cu ildə saxlanıldığı kamerada ölü tapılan amerikalı iş adamı Ceffri Epşteynlə bağlı cinayət işində yeni detal ortaya çıxıb. 

Globalinfo.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə Epşteynin özü ilə bağlı cinayət işinin başladıldığını öyrəndiyi gün adasına 1250 litr sulfat turşusu sifariş verdiyi müəyyən edilib.

Sənədə görə, 6 dekabr 2018-ci ildə Epşteynlə əlaqəli firma “Gemini Seawater Systems” şirkətindən 208 litr sulfat turşusu almasını istəyib. Sifarişin ümumi dəyəri təxminən 4500 dollar olub.

Bu maddənin, cəsədləri gizlətmək üçün istifadə edilə biləcəyinə dair iddialar yaransa da, sənədlərdə onun adadakı dəniz suyunu duzsuzlaşdırma zavodunda istifadə edildiyi qeyd olunub.

Maraqlıdır ki, biznesmen sifarişi ABŞ Federal Tədqiqat Bürosunda özü ilə bağlı yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar ittihamının qaldırıldığı gün verib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: