epsteyn tramp

Məşhur maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanması daha bir həftə təxirə salına bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” Tramp administrasiyasına istinadən məlumat yayıb.

“Ağ Ev hesab edir ki, bu həftə daha 700.000 səhifəlik iş materiallarının nəzərdən keçirilməsi lazım olacaq”, – deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresi Ceffri Epşteyn işi ilə bağlı məlumatların açıqlanması üçün qanun layihəsi qəbul etmişdi. Bu, ABŞ hakimiyyət orqanlarından iş materiallarını 19 dekabr tarixinə qədər açıqlamağı tələb edirdi.

Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmış, bir neçə ay sonra isə Nyu-York həbsxanasında intihar etmişdi. Onun dostları arasında siyasətçilər, iş adamları və şou-biznes ulduzları olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: