Əpl Ayfon-15-i təqdim etdi – QİYMƏTİ / FOTOLAR

Əpl Ayfon-15-i təqdim edib. 

Globalinfo.az xəbər verir ki, smartfonların yeni xətti iki modellə təmsil olunacaq: ekran ölçüləri müvafiq olaraq 6,1 və 6,7 düym olan Ayfon-15 və Ayfon-15 Plus. Smartfonun ekranının yuxarı hissəsində Ayfon-14 Pro ilə eyni kəsik var.

Smartfon beş rəngdə mövcuddur: çəhrayı, qara, ağ, sarı və açıq yaşıl. Smartfon korpusu kənarları yuvarlaqlaşdırılmış alüminiumdan, ön və arxa tərəfi şüşədən hazırlanıb.

Smartfonların əsas kamerası 48 meqapiksel təsvir ölçüsünə malikdir və 2x rəqəmsal böyütməyi dəstəkləyir. Sələfindən 20 faiz az enerji sərf edən A16 Bionic prosessoru ilə təchiz edilib.

Ayfon-15 digər modellərdən fərqli olaraq “Type-C” portundan istifadə xüsusiyyətinə malikdir.

128 GB yaddaşa malik Ayfon 15-in qiyməti 799 dollar olacaq. Böyük ekranlı Ayfon 15 Plus-un qiyməti isə 899 dollardan başlayır.

Əpl həmçinin Ayfon 15 Pro və 15 Pro Maks-ı təqdim edib. Smartfonlar titan korpus və yenilənmiş kamera sistemi ilə təmin edilib.

Ayfon 15 Pro 999 dollardan, Pro Maks versiyası isə 1199 dollara başa gələcək.

Bütün yeni cihazların satışı sentyabrın 22-də başlayacaq.

Yeni modelin fotolarını təqdim edirik: