Entoni Blinken Qətərə getdi

ABŞ Dövlət katibi Entoni Blinken Qətərin paytaxtı Dohaya gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O qeyd edib ki, Blinken bu gün Dohadadır:

“Qətər HƏMAS-ın girovlarını azad etmək üçün göstərilən səylərdə mühüm tərəfdaşdır. Blinken ABŞ və Qətər arasında möhkəm münasibətlərin nəticəsi olan kritik koordinasiya səylərini davam etdirmək üçün bu gün Dohadadır”.