Ən yüksək temperatur bu rayonumuzda qeydə alınıb

2023-cü ildə Azərbaycanda ən yüksək temperatur 43.2 dərəcə olub və Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində qeydə alınıb.

Globalinfo.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, ötən il paytaxt Bakıda isə ən yüksək temperatur – 41 dərəcə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

G.Məmmədova həmçinin regionlarda da 40 dərəcədən çox temperaturun qeydə alındığı rayonların adlarını açıqlayıb: “Zərdabda 42.8, Şərurda 42.7, Ordubadda 42.6, Kürdəmirdə 42.4, Naxçıvanda 41.8, Ağstafada isə 40.9 dərəcə yüksək temperatur qeydə alınıb”.