AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov tərəfindən aparılan qiymətləndirmələr əsasında mübahisəli epizodlar və həmin epizodlarda qəbul edilən qərarlarla bağlı siyahı hazırlanıb.
Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, siyahıya əsasən, ən çox mübahisəli epizodun iştirakçısı Elçin Məsiyevdir.
FIFA referisi son 15 turda idarə etdiyi matçlarda 16 mübahisəli epizodla yadda qalıb. Rəhim Həsənov həmin epizodlardan 5-də Məsiyevin yanlış qərar verdiyini bildirib.
Digər hakimlərin göstəriciləri aşağıdakı kimidir:
Tural Qurbanov – 15 mübahisəli epizodda 3 yanlış qərar
Kamal Umudlu – 14 mübahisəli epizodda 3 yanlış qərar
İnqilab Məmmədov – 12 mübahisəli epizodda 1 yanlış qərar
Əli Əliyev – 12 mübahisəli epizodda 1 yanlış qərar
Rəşad Əhmədov – 11 mübahisəli epizodda 1 yanlış qərar
Rauf Cabarov – 10 mübahisəli epizodda 1 yanlış qərar
Əliyar Ağayev – 8 mübahisəli epizodda 2 yanlış qərar.
Maraqlıdır ki, siyahıda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçirilən “Sabah” – “Qarabağ” matçında qalmaqallı qərarları ilə yadda qalan Rəvan Həmzəzadə yoxdur. Rəhim Həsənov matçlardakı hakim qərarlarını şərh etməyə başladığı müddətdən bu yana Rəvan Həmzəzadənin 5 oyunda mübahisəli epizodunu şərh edib və bunların hamısında Rəvan Həmzəzadənin doğru qərar verdiyi qənaətinə gəlib.
Digər maraqlı fakt ondan ibarətdir ki, bu 5 qarşılaşmanın 4-ü “Sabah”ın oyunlarına təsadüf edib.
Qeyd edək ki, statistika son 15 tur və kubok oyunlarını əhatə edir.