Ən çox bu xəstəliklərə görə əlillik təyin olunur – SİYAHI

Ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, sözügedən xəstəliklər ardıcıllıqla psixi və davranış pozğunluğu, sinir, onkoloji, göz və qan dövranı xəstəlikləridir.

“Bütün təyin olunan əlilliyin 60 faizi bu xəstəliklərin payına düşür” – deyə o Agentlik sədri qeyd edib.