Əmlak alıcıları üçün yeni xidmət

Paytaxt Bakı şəhərində hər ay yüzlərlə müxtəlif növ daşınmaz əmlaklar satışa çıxarılır. Bunlardan torpaq sahələri, qeyri-yaşayış obyektləri, bina və fərdi həyət evlərinin satışı daha çox üstünlük təşkil edir. Son iki ildə isə satılan əmlakların böyük bir hissəsi daha çox kreditli şərtlərlə satılan çıxarışlı mənzillərdir. Lakin yeni tikili binalarda çıxarışı olmayan mənzillər tikinti şirkətləri tərəfindən müqavilə yolu ilə satılır. Təəsüflər olsun ki, zamanla bəzi tikinti şirkətləri vətəndaşların etibarından sui-istifadə edərək onları öz mənfur əməllərinin qurbanına çevirərək aldadıb.

Bu gün ölkədə bəzi fırıldaqçı tikinti şirkətləri tərəfindən aldadılmış minlərlə şəxslər var ki, onların böyük bir hissəsi hələ də onlara dəymiş maddi zərəri geri ala bilməyiblər.

Digər tərəfdən isə müqavilədə qeyd olunan ümumi sahə ilə həmin mənzilə çıxarış verilən zaman çıxarışda qeyd olunan sahə arasındakı fərq də mənzil alıcılarına vurulmuş maddi zərər hesab olunur.

Həmçinin Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışı olmayan fərdi həyət evləri mövcuddur. Həmin fərdi həyət evlərinin çıxarışla təmin oluna bilməməsinə əsas səbəb o evlərin sənədlərinin qaydasında olmamasıdır ki, bu səbəbdən də vətəndaşlar öz evlərinə çıxarış ala bilmirlər.

Azərbaycanda ilk dəfə olaraq ölkənin tanınmış daşınmaz əmlak eksperti Elnur Fərzəliyev tərəfindən əmlak alıcıları üçün yeni özəl hüquqi xidmət sahəsi fəaliyyətə başlayıb.
Əmlak eksperti Elnur Fərzəliyevin rəhbəri olduğu “DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:

1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )

2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək)

3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )

4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri

5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.

Əlaqə nömrələri:

(099) 342 02 53

(077) 342 02 53

Zəng vurun, məlumat alın ki, siz də aldanılmayasınız.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 Whatsapp

Malik
Globalinfo.az