Əmisi: “Qənirə xanım haqda yayılan bu xəbər yalandır”

“Qənirə xanım vəfat etməyib, yalandır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında deputat Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev deyib.

“Xahiş edirəm yalan xəbər yaymasınlar. Oğlum hazırda xəstəxanadadır. Əgər elə bir şey olsa oğlum mənə xəbər verərdi. Təzyiqi 105/85 olub. Allahdan ümid kəsilməz”.

Qeyd edək ki, qardaşı Hüseyn Paşayev də deputat Qənirə Paşayevanın müalicəsinin davam etdiyini bildirib.

Zaira Akifqızı
Globalinfo.az