Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.

Paylaşımda deyilir:

“Kədəriniz kədərimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Axtarış-xilasetmə heyətləri başda olmaq üzrə humanitar yardım təyyarələri ilə ilk gündən etibarən bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəkləri üçün şükranlarımı bildirirəm”, – o deyib.