emin yusuf

Azərbaycanda səfərdə olan Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb. Eyni zamanda iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğu qeyd edilib.

E. Əmrullayev qardaş ölkələr arasında təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində imkanların artırılacağını diqqətə çatdırıb.Türkiyənin milli təhsil naziri öz növbəsində ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

02 31.01.24 011
02 31.01.24 012
02 31.01.24 013
02 31.01.24 015

Paylaş: