Emin Ağalarov konsertini təxirə saldı

Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın Xabarovsk şəhərində keçiriləcək konsertini təxirə salıb.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, o, bu barədə Vkontakte sosial şəbəkə hesabında paylaşım edib.

Hava şəraiti ilə əlaqədar martın 15-nə olan uçuşlar təxirə salınıb. Bu səbəbdən Ağalarov Xabarovsk şəhərinə vaxtında gedə bilməyib.

Sənətçi qeyd edib ki, bütün biletlər etibarlıdır. Konsert martın 16-dan 19-na keçirilib.