Hondius Antarctica Expedition Ship Exterior Bow Port Ivan Ivanisevic crp 1024x576.jpg 1

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs saxlanılıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***20:52

Goranboyda əmi oğlanları arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli bud nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Sarovlu kənd sakinləri — 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü B.Mürsəlli arasında mübahisə yaranıb. Münaqişə zamanı K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib.

Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Paylaş: