Zərdab Rayon Mərkəzi Xəstəxanasında əməliyyatdan sonra dünyasını dəyişən xəstənin adı məlum olub.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Aytən Ramil qızı Qarayeva korbağırsaqdan əməliyyat edilib.
“Gecə sancısı tutub, əməliyyata qaldırılıb. Əvvəl hər şey yaxşı olub, narkozdan ayılıb. Sonra qəfildən halı pisləşib və dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.