Nazirlik əməkdaşları Gədəbəyə getdi – Məlumat veriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Gədəbəydə monitorinq və araşdırmalar aparır.

Globalinfo.az bildirir ki, bunu “Report”un sorğusuna cavab olaraq nazirliyin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bütün təsirlər öyrəniləcək, təhlillər aparılacaq, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.