“Beyninə qan sızıb. Hazırda sağ qolu və sağ ayağı işləmir. Danışığını tamamilə itirib. Çətinliklə udqunur”.
Globalinfo.az xəbər verir ki, bunu insult keçirən Əməkdar artist Kifayət Gəncəlinin qızı Elza ARB-yə deyib.
“Anam danışırdı, gülürdü, amma sonra nəsə baş verdi, gecənin bir yarısı insult keçirdi. Biz də bilmədik ki, nədən oldu. Bəlkə də təzyiqi yüksəldi, ona görə elə oldu”.
Qeyd edək ki, ilin əvvəlində sənətçinin ölüm xəbəri yayılmışdı.